Çarx dolandı, baxtım tapdı tənəzzül,İqbalım şikara döndü, nə döndü!“Can” deyən dostlarım, şux gözəllərimOvsunalmaz mara döndü, nə döndü!

Fərhad gördü, sevdi Şirin camalın,Şirin dost əlindən şirin cam alın.Şirincə dövlətin, şirincə malınAxırı zəhrimara döndü, nə döndü!

Dad sənin əlindən, çarxı-kəcmədar,Günüm qara keçdi, işim ahü zar.Hay verrəm, qıy vurram, eyləmir şikar,Tərlan baxtım sara döndü, nə döndü!

Qəza-qədərinə fəhm eylə, bir gül,Tərəqqidən təvəllüddü tənəzzül.Muşriki göndərdi hakimi-adil,Şümr sitəmkara döndü, nə döndü!

Bu dərd qaldı Ələsgərin canında,Haqq-nahaqq seçilər haqq divanında.Gövhər zibil oldu nadan yanında,Dünya mana tara döndü, nə döndü!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets