Sevdiyim, bir yerə cəm eyləsələr
Sevdiyim, bir yerə cəm eyləsələr,Məhvoşi-dövranı, sənə yetişməz.Çıxarıban gətirsələr MisirdənYusifi-Kənanı, sənə yetişməz.
Sanasan içində gül pirəhəninBir bərgü-səməndir cəsədin sənin.Quzu quyruğundan tərdir bədənin,Şərayi-Yəmani sənə yetişməz.
Həqdi, gözəl çoxdu bu vilayətdə,Hərgiz ola bilməz son məlahətdə;Ey dürri-nasüftə, qədrü qiymətdəYaquti-rummani sənə yetişməz.
Müştəridir sənə Zöhrə fələkdə,Gecə-gündüz ovsafını deməkdə;Bərabərin yoxdu göydə, mələkdə,Behiştin qilmani sənə yetişməz.
Vəsfin demək üçün sənin tək şahın,O çöhreyi-alın, zülfi-siyahın,Firdovsi, Cami tək gərək məddahın,Zakirin hədyanı sənə yetişməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-sevdiyim-bir-yere-cem-eyleseler
Use ← → keys to move, R for a random poem
More by this author
Sən gedəndən bəri, ey çeşmi xumar,Əzəl gözlərimin xabı çəkildi.
Sən sadə gözəlsən, qoyma, sevdiyimSən sadə gözəlsən, qoyma, sevdiyim,Məşşatələr bəzək taxta üzünə,
Səri-zülfün kimi titrər ürəyimSəri-zülfün kimi titrər ürəyim,Gələ-gör ki, səri- muyin istərəm.
Sifariş eyləsəm badi-səbadənSifariş eyləsəm badi-səbadən,Gərən, dərdim o cananə deyərmi?