Yol - dağ
Addımlaya-addımlaya mən illəri,Yol gedirəmDoğulduğum gündən bəri.Yol gedirəm.Pillələrim illər mənim, aylar mənim.Öz məsləkim, düz məsləkim,Ürəyimizirvələrə haylar mənim...Yol gedirəm,bilməsəm də,Qarşıdakı addımların sayını mən.Addımlarım qüvvət alır,Xəyalımda gülümsəyən son pillədən.Mənim yolum - bir məsləkin düz yoludur,Mənim yolum - öz fikrimin öz yoludur.Min hissim var,Min arzum var.Yolum birdir,yolum haqdır.Mənim yolum dağlar aşıb,Zirvələrə çatacaqdır.Bir ora bax,Zirvəsində yol var dağın.Dağ nə qədər uca olsa,Yol üstündən aşar dağın!Yol ucadır zirvədən də...YorularmıÖz yolunu düz gedən də?Ey yolunu, məsləkiniTez-tez hava bürosuna girov verən, -İqlim üçün dəyişdirən,Doğrudan da, çox zirəksən,çox qoçaqsan.Onu bil ki,Yan yolda qalacaqsan...Yolu ota dəyişdirəncığırlarda itər, batar.Zirvələrin min ətirli çiçəyinə yetişməmişYoncalıqda əl-qol atar...Yol qabağa, yol zirvəyə!Bu yolları yağış döyə, boran döyə...Bu yollarda düz yol gedən Əyilməyə!..Əyilməyə!..Son zirvəyə gəlib çata!..Alqış dedim bu ömürə,bu həyata!..Bir ora bax!Zirvəsində yol var dağınDağ nə qədər uca olsa,Yol üstündən aşar dağın!
Dekabr, 1971
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-yol-dag
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Ağ Aşığam xətim-kəlamdır bu günAğ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Çoban (Əfsanə)Ey öz tarixinin memarı insan!Çox zaman göylərə baxdın hərasan.