Babam öldü səksənindəAtamsa altmışında.Həm babamdan,Həm atamdanqocayamMənsə qırxca yaşında.Telefonlar,teleqraflar,radiolar,qəzetlər,Yükləndirir günün, ayın yüküylə,Hər saatı, hər anı...Bir otağa sığışdırırSağı gündüz, solu gecəBaşı bahar, ayağı qış dünyanı...Qitələri,qütbləriBirləşdirir sürətim.Bu sürətin,Bu cürətin,Alovunda, odundaDəyişibdirmənim eşqim,fitrətim...Sürətimiz çoxaldıqcaMəsafələr qısalır.Dünənim bu günümdən,Bu günümsə sabahımdanDəqiqələr borc alır.Günlər günə,Aylar aya qarışıbdır -İtirmişikayların,illərin sahilini.

Mən bir ayda yaşayıramBabamın bir ilini.

Dağdan enibDağ başına dolananBurulduqca bulananDüzənlərdə durulanYüz xislətli çayam mən.Atamdan qocayam mən,Babamdan qocayam mən.

Fevral, 1965

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets