Şəmsuvarlı Əbi
I
“İgid öləndə adı qalar”,“Qaya uçanda toz qopar”.Nə gözəl deyib babalar,Fəqət,bilmirəm səninki niyə belə oldu,öldün, nə toz qopdu,nə də nəmin-nişanın qaldı.Nə qədər diriydinadın dillərdə gəzirdi,Şəmsuvarlı¹ Əbi.Öldün, unuduldun,adsız ölənlər kimi.Qəbrinə başdaşı qoyubüstünə adını da yazmadılar.Axı sən nə edəsən ki,arxalandığın adamlar yarıtmazdılar..Gəlir xatiriməilk dəfə səni gördüyüm gün.Boz atın var idi,dəvə yunundan çuxan.Deyirdilər: “Dövlətdən qaçaqsan...”Ancaq,nə yol kəsmişdin,nə də karvan soymuşdun.Söz götürən deyildin,ağayla baş-başa qoymuşdun...Topal Əhmədin,Çuxasız Qədirin üstdə,deyirdilərçomaq çəkmisən ağanın üstə.O da dözməyib təhqirə,¹ Şəmsuvar – Ərdəbilin yaxınlığında kənd adı.
komana od vurubözünü də kənddən qovmuş.Hələ ürəyi soyumayıbüstünə ad da qoymuş:“Qaçaq Əbi”.Elə o zamandan sən dəgəzmisən oba-oba,kənd-kənddövlətdən qaçaq kimi...
II
Sonra da səngərdə gördüm sənitəlatümlü bir gündə.Bir daş dalında uzanmışdın,tüfəngin də dinirdi,özün də.– Ey, yaramaz!Çıx səngərdən...Səninləyəm, ey, tıntın Kərəm!Axı ağanın yerinəsən niyə ölümə gedirsən.Çıx səngərdən, qayıt kəndə.Rəiyyət babasan,nə mülkün, nə də anbarın var.Axı səngərdə sənin nə azarın var.Qayıt kəndə,Hamıya xəbər ver ki,Azadlıqçın döyüşür Şəmsuvarlı Əbi.Qoy ağa özü gəlsin meydanıma,danışaq qabaq-qabağa,lülə-lüləyə.Danışaq səngər-səngərə,güllə-gülləyə,Yolunu gözləyirəm,gəlməsə buradan gedən deyiləm.Bir kuzə suyum var,bir dəstərxan çörəyim,bir dağarcıq gülləm.Ölənədək bu daşın arxasındayam,gedən deyiləm.Deyin ağaya gəlsin,əgər döyüşməyə qeyrəti,ölməyə həvəsi var.Gəlsin,dağarcıqda onun da qisməti,gülləsi var...
III
Bir gün Alaqapıdanzindan qabağına qədər,səf çəkib düzülmüşdü polislər.Hamısı da yaraqlı idi.Səni həbsə aparırdılar,qolların bağlı idi.Ancaq,yenə boz atın üstündəvüqarlı oturmuşdun,elə əvvəlki kimi.Hamı pıçıldayırdı,Şəmsuvarlı Əbidir,Şəmsuvarlı Əbi...
IV
Aylar ötdü,İllər dolandı...Sənin də ömrünün günlərivaxtsız talandı...İndi, adsız qəbirlər arasındaqəbrini axtarıram,tapa bilmirəm.Bəlkə bu nişansız qəbirlərin
hamısı sənindir belə?Yox, inana bilmirəm.Axı demişdilər:“...heykəlini qoyacağıq,boz atın,dağarcıq dolu güllən,bir də tüfənginlə...”Bəs niyə unutdular!Nə adın, nə də nişanın var...Nə qədər diriydin,adın dillərdə gəzirdi.Öldün,bir yadına salan da olmadı səniindiyə kimi.Yazıq Şəmsuvarlı Əbi,Yazıq Şəmsuvarlı Əbi.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-semsuvarli-ebi
Use ← → keys to move, R for a random poem
More by this author
Sən gedəli neçə vaxtdır,Saysam əgər
Nə yaxşı ki, bahar var...Bağda sarı yarpaqlarıHarayasa daşıyır bir qoca
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
Sən, ey sariban...Vətən torpağında lalə dərənlər,Sanın lalə üstdə qara xal məni.
Poems by other poets
مهربانی به دل اهل دلان میبخشد
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
ای دل به ساز عرش اگر گوش میکنیاز ساکنان فرش فراموش میکنی
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,