Könlüm bahar istəyir
Könlüm bahar istəyir...Doqquz aylıq həsrəti qəlbimdən silə bilsin.Könlüm bahar istəyir...Bütün təravətiylə qəlbimə gələ bilsin.
Könlüm bahar istəyir...Çayları, irmaqları şəlaləyə döndərə,Məclis qura, laləni piyaləyə döndərə.Bənövşəsi, arx boyu düzüləndə yan-yana,Öz ətrindən məst ola, boynu əyilə yana.Buludlardan yol çəkə zanbağın ayağına,Yağışdan inci düzə qönçənin yanağına.
Könlüm bahar istəyir...Hər çatanda qaşını,Neçə kəmənd toxuya günəşin zərrəsindən.Dağların göz yaşınıGilə-gilə axıda çalmalı zirvəsindən.Dumanı çəmənlərə, bağlara örpək ola,Gülləri gəlinlərə, qızlara çələng ola.
Könlüm bahar istəyir...Qoca Sədi demişkən:“Səhər dan yeri söküləndə dağ döşündə dayanam...”Çiçəklərin ətrindənGüneyində məst olub, quzeyində oyanam.Üfüqdə halay vuran buludlar gülüşəndəGurşadından islanıb, qızınam günəşində.Könlüm bahar istəyir...Rəngi bol, nəməti bol,gülabı, nabatı bol.
Şöhrəti eldə qala.Elə bahar ola ki,Gələn bahara kimiSöhbəti dildə qala...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-konlum-bahar-isteyir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
بلبلی گفت به کُنج قفسیکه: چنین روز، مرا باوَر نیست
لعلت چو شکوفه عقد پروین داردروی تو چو لاله خال مشکین دارد
دل به کنج عافیت چون پای در دامان کشیدحلقه زلف تواش در حلقه رندان کشید