Dənizlə payızda görüşdük
Dünən görüşünə getdim Xəzərin.Düşünürdüm yol boyu, –Atılacağam qucağınaUzun illərin ayrısı tək.Yəqin o da açıb qollarınıQucaqlayacaq boynumu,Necə də sevinəcək...Sevinəcək,Bu payız günündəOnu xatırlayıbGəlmişəm yenə.Getdim,İnsanların izi çoxdan silinmişSahil qumlarınaTəzə izlər sala-sala.Yaman həyəcanlı idim,Nəfəsim tutulurdu az qala...Dayandım ləpədöyəndə,Dayandım xeyli.Dəniz bir az qəzəbli göründü mənə,Bir az da gileyli.Dayandım onunla üz-üzə,Ancaq üzümə baxmadı.Bahardakı kimi sevinə-sevinəQarşıma çıxmadı.Əyilib öpdüm dodaqlarından,Bir parça duz idi,Dinmədi Xəzər.Əlimi çəkdim köpüklü saçlarına,Bumbuz idi,İsinmədi Xəzər.Baxdım sahil boyu,Bir nəfər görüm soruşam:Nədən gileylənib dəniz?
Xətrinə kim dəyib görən?Sualsız da bildimXəzərin inciməsiniSahilin kimsəsizliyindən.Oturdum dalğaların sahilə atdığıBir kötük üstündə.Oturdum qürubə kimi,Açılmadı qaşqabağı dənizin,Soyumadı qəzəbi...Ayrıldıq,Əlimdə dalğaların soyuğu,Dodağımda duzu qaldı.Yol boyu düşündüm,Yəqin mənə deməliNə qədər sözü qaldı...İnadından dönmədi, bilirəm.Nə eybi var,Bir də gələrəm,İki də gələrəm...Barışarıq,Danışarıq.İnanar, nankor deyil insanlar,Dərk edən də var,Naşı da.Deyərəm: – Xəzərim mənim,İki gözüm mənim.Axı, yer üzü həmişə bahar olmur,Dünyanın payızı da var,Hətta qışı da.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-denizle-payizda-gorusduk
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
من این را خوانده ام وقتی به دفتر
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
تا سوخت به داغ تو محبت جگرم راگلهای چمن آینه کردند پرم را