Zanbaq
Bir zaman arx kənarında gördüm səni,oturub lap yanındaoxşamaq istədimsarı, qıvrım tellərini.Baxdım,mehin yarpaqlarında titrəməsinə.Nəsə danışırdız, dodaq-dodağa,Yadımdadır yenə,Gah təsdiq edərək başını əyirdinlap torpağa qədər.Gah inkar edərəksilkələnirdin başdan ayağa qədər...Bu vaxt bir ləçəyin qopub düşdü suya,üstündə bir qarınca.Getdi arx boyunca.Baxdım,Nə çıxarmaq fikrinə düşdüm,nə də bu haqda düşündüm düzü.Mehi, qarıncanı, səniarxa tapşırıb üçünüzü getdim...Bu gün yenidən görüşdük.Fəqət nə qarınca, nə nəsim, nə də arx.Sən, büllur qabdasuya qoyulmuş zanbaq.Mən, yumşaq səndəldə oturmuşgözü eynəkli,alnı qırış-qırış,saçlarına payız qarı qonmuş bir şair...Bu gün yenidən görüşürük.Fəqət,belə görüşmək istəməzdiknə sən, nə də mən.Ancaq zamanın hökmüdür,nə edəsən...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-zanbaq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qar gedər, yer açılar,Göydən yağış saçılar,
Qıj-qıjQış çiləsi Xıdır İlyas gələndə,Hərlənir gərdişi, ay elər qıj-qıj.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Hekayət (Vardı peyğəmbər əsri bir təlxək)Vardı peyğəmbər əsri bir təlxək,Hər sözü kani-göftguyə nəmək.