(Zarafatyana)

“İL” uçur sürət ilə,Saatda səkkiz yüz min!..Bəs bu yollar görəsənNeçin tükənmir, neçin?

Düşüb mindim “TU”ya mən,Mənzil indi yarıdır.Təyyarədən bərk uçanQəlbin qanadlarıdır.

Qınamıram, doğrusu,“İL”i, “TU”nu mən bu dəm,Onlar nə bilsin axı,Mən yanına gəlirəm?!

Görən “İL”in qanadıBirləşərsə “TU” ilə,Məni vaxtından qabaqÇatdırarmı mənzilə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets