Mən sənin yanına qışda gəlirdim
Mən sənin yanına qışda gəlirdim,Çiçək axtarırdım... Gəzdim hər yanı,Hər tərəf bəyaz qar... Gül-çiçək hanı,Tapıb bir dibçəkdən axır ki, dərdim...
Sonra söylədim ki, baharda sənəBir dəstə bağlaram yaz güllərindən,Budur, yola salıb qarlı qışı mənSənin görüşünə gəlmişəm yenə.
Dəstə bağlamadım... Nəyə gərəkdir,Bax, odur, nərgizlə doludur ləklər,Lalənin ətrini yayır küləklər,Yasəmən, qızılgül ləçək-ləçəkdir.
Əzizim, onları qoparmaq olmaz,Güllərə çöldə bax, dağ döşündə bax,Onlardan mən soraq gətirdim ancaq,Bir əlimdə bahar, bir əlimdə yaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-men-senin-yanina-qisda-gelirdim
Use ← → keys to move, R for a random poem
More by this author
Torpaq quruyurdu, yağdı yağışlar,Güllər üşüyürdü, günəş göründü.
Məhəbbət yolunda yorulmur ürəkMəhəbbət yolunda yorulmur ürək,Göyün intəhasız dərinliyinə
Bir qız keçir küçədən – bir gözəllik timsalıBir qız keçir küçədən – bir gözəllik timsalı:Necə təsvir edim mən surətini, boyunu?!
Kiçik təkanla da şütüyür qayıqKiçik təkanla da şütüyür qayıq,Mavi bir səhraya baş alırıq biz,
Poems by other poets · Nature and spring
Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,