Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil!
Bürqəi tərh eyləmişsən, ey qəmər, üzündən uş,Fitneyi-axırzaman etmək dilərsən, etməgil!
Xəttü xalın "Məntiqüt-teyri"dir əhli-vəhdətin,Quş dilin sən tərcüman etmək dilərsən, etməgil!
Çün ənəlhəqdən götürdü surətin mahı niqab,Sən həqi neçün nihan etmək dilərsən, etməgil!
Surətin gənci-xəfidir, göstərərsən güzgüdə,Aləmi eyni-əyan etmək dilərsən, etməgil!
Qəmzədən misri qılınc vermişsən əsrük türkə kim,Qanbəhasız necə qan etmək dilərsən, etməgil!
Kirpigindən canşikar oxları düzmüşsən, məgərQaşların yayın kəman etmək dilərsən, etməgil!
Badə vermişsən pərişan zülfünü sən dağıdıb,Canları bixaniman etmək dilərsən, etməgil!
Latəhərrük ayəti gəldi bəyanın şə’ninə,Ol bəyanı sən bəyan etmək dilərsən, etməgil!
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, həqdən istərsən götürmək pərdəyi,Bütpərəsti bigüman etmək dilərsən, etməgil!
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-zulfunu-enberfesan-etmek-dilersen-etmegil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
ÖlürəmAla gözlüm, bir bəri bax,Dərdi-sərindən ölürəm.
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.