Zülfün gecəsi qədrdürür, al yanağın ay,Merac üzün, sidrə boyun, qaşın iki yay.

Aləmdə səni qıldı könül kəndinə məqsud,Fikri nə ulu nəsnə, zəhi əqlü zəhi ray.

Əndişə ilə əqlim iki aləmi gəzdi,Sənsiz netəkim istədilər bulmadılar cay.

Hər kim ki, saçın küfrünə iman gətirməz,Mö’min degil ol dinin itirmiş, ona çox vay.

Ol başı ki, bəxt eyləmədi eşqinə qurban,Dəyməz ayağın tozuna, ey sərvi-dilaray.

Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər,Ey nayə giriftar olan, dur yenə çal nay.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vəsfində Nəsimi deyil ol zat kim, anınMislin görələr, ya bulalar zatına həmtay.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love