Zülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.

Dərgahınızda qoyma rəqibi-münafiqi,Zira ki, Kə’bənin hərəmi istəməz kilab.

Abi-rəvanü səbzəvü məhbubi-məhliqaBusi-kənarü yari-qəzəlxan ilə kitab.

Xoşdur, əgərçi cümləsi bir yerdə cəm ola,Avazi-çəngü nəğməvü tənbur ilən rübab.

Saqi, gətir bu məclis içində qədəh yürüt,Sığmaz hədisü tövbəvü təqva, gətir şərab.

Nari-qəmində bağrımı büryan bişirmişəm,Bildim yəqin ki, nərgisi-məstin dilər kəbab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bülbül kimi Nəsimi dilər ki, fəğan edə,Gül söhbətinə yaramiyə naleyi-ğürab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love