Canımın, cana, vüsalın can içində canıdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Canımın, cana, vüsalın can içində canıdır,Cana canü cana canü canü həm cananıdır.
Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşəndir kim, olBülbüli-ruhül-əminin bağı həm bostanıdır.
Qamətin, yarəb, nə tubadır, nə cənnətdir üzünKim, yəqin əhli-behiştin rövzeyi-rizvanıdır.
Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəfalKim, dodağın səlsəbili çeşmeyi-heyvanıdır.
Gözlərin dövründə düşdü qülqülə aləmdə çün,Sürsün ol dövranı kim, dövran anın dövranıdır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır,Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-canimin-cana-vusalin-can-icinde-canidir
Use ← → keys to move, R for a random poem
More by this author
Canımı qıldım fəda şol dilbərin didarına,Aşiq oldur canını qıldı fəda dildarına.
Canımı yandırdı şövqün, ey nigarım, hardasanCanımı yandırdı şövqün, ey nigarım, hardasan?Gözlərim nuru, iki aləmdə varım, hardasan?
Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəriCənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri,Qədrü bərat imiş saçın, xalü xətin mələkləri.
Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənəkÇəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.
Poems by other poets · Love
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Gəldi bahar“Onu bağışlamaq olarmı?” filmindən*Elimin, yurdumun çox baharı var,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ya dalaİbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.