Canımı qıldım fəda şol dilbərin didarına,Aşiq oldur canını qıldı fəda dildarına.

Çünki Məcnun gördü ol üzündə həqqin surətin,Aşiqin mə’şuqəsi Leyli olur didarına.

Gəl asıl bərdar çün Mənsurləyin, Mənsurvar,Aqibət mənsurini Mənsur asar darına.

Dünyanın nazü nəimi laşeyi-murdar imiş,Assığı yoxmuş anın, sən girməgil bazarına.

Şəm’i-ənvari-təcəllidir camalı dilbərin,Ey könül, pərvanətək gəl yan bu şəm’in narına.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xoş keçir ömrün, Nəsimi, sən cahanda yar ilən,Aqil isən təkyə qılma dünyanın dinarına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love