Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam,Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam.
Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz,Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Lə’lin Məsiha mö’cüzün aləmdə əhya eylədi,Uş mən vüsalından anın sər-ta-qədəm can olmuşam.
Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam.
Anəstünarın sirrinə Musa kimi irsəm deyən,Gəlsin məni görsün ki, uş aləmdə dastan olmuşam.
Gənci-nihanın sirriyəm, həm küntə kənzin məzhəri,Həm cövhərəm, həm cövhəri, həm cövhərə kan olmuşam.
Üştə Nəsimiyəm bu gün kəndi vücudum şəhrinə,Fəth eylədim həqdən bu gün, xaqanü sultan olmuşam.
Maqta — the closing couplet bearing the poet’s pen name. Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-ta-kim-uzunu-gormusem-husnunde-heyran-olmusam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.