Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam,Qulluğunda padişahım, hüsnünə şad olmuşam.

Gəlmişəm didarına ta canımı qurban edəm,Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.

Ta camalın müshəfindən oxuram səb’ül-məsan,Səb’əxanam, hafizəm, təfsirdə ustad olmuşam.

Laməkanın eyni-mə’murundan oldun, ey həbib,Laməkan əsasına gör kim, nə bünyad olmuşam.

Qamətindən ta iraq etdi məni dövri-fələk,Həsrətindən mən qulami-sərvi-azad olmuşam.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün səni gördü Nəsimi der bəavazi-bülənd:Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love