Təalallah ki, sün’idən sənintək xoş camal eylər,Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.

Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudanNə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər.

Üzü eyni-inayətdir şəhimin səm’inə degil:Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər?

Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər,Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər.

Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa,Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər.

Yar ilə xəstə könlümün əcaib haləti vardır,Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi yar hicrində ümid üzməz vüsalındanKi, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love