Ya təzədən yarat ya da…
Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…Əsir oldum öz əlimdə,Mən aləmi dərk edəndən…
Gördüm həyat bir oyuncaq,Gördüm hər şey qurğu imiş…Qanmaq, bilmək, görmək, duymaq,Özü böyük qorxu imiş…
Lal sükutu başa düşdüm,Çox lisanı anlamadım…Qurdu, iti başa düşdüm,Tək insanı anlamadım…
Biri yasda, biri gülür,Qarı dünya, utan dedim…Bu həyata sürü-sürü,Adam gəlir, adam gedir…
Bütün dünya qəbristanlıq,İnsanın da qəbri olar?..Pozuram Allah yazanı,Allah, belə əmr olar?..
Onda eşit sözümü sən,Sən Allahsan, bizsə bəndə,Bir yol göstər üzünü sən,Özümə inanım mən də…
Zühur elə bircə kərəm,Onda mən də zühur edim…Ömrüm boyu nahaq yerə,Mən adına Allah dedim…
Gör nə boyda fitnə, kələk,Yetər daha, əri, usan…Özün kimi bizi demək,Əfsanədən yaratmısan…
Aldanmışıq sənə bəsdir,Yaman Allah, yalan Allah…Belə dünya yaratmazdı,Əsl Allah olan, Allah?..
Yetər uddu həyat bizi,Qadirsənsə cavab ver…Ya təzədən yarat bizi,Ya özümə xitam ver…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-ya-tezeden-yarat-ya-da
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
ببین ای هفت ساله قرهالعینمقام خویشتن در قاب قوسین
El ataYaz olanda büsatıdı dağların,Ətəyində yer eliyər elata.
Qərib RəhmanQarmonunda dərdimizi çalırsanYanır oda dinləyən də, çalan da.
Fərman əlindədirSahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.