İndi hamı həccə gedir
İndi Məkkə dəbə düşüb,İndi çoxu Həccə gedir…Yüzlər ilə lotu, düşük,Dəllal, oğru Həccə gedir…Dükandarlar say-hesabsız,Bazardarlar birmi,onmu?İçlərində bir düz tapmaz,Vurun mənim boynumu…Gedir köhnə kommunistlər,Gedir tazə dinpərəstlərAteistlər, populistlər,Həccə gedir dəstə-dəstə.Gedir dünən var səsiləAllah, yoxdur ulayanlarBircə tikə, bircə giləƏqidəsi olmayanlar.Dünən sağı döyən kəslər,Tamam sola əyir bu gün…Dünən Lenin deyən kəslər,Ya Məhəmməd deyir bu gün…Xirtdəyəcən günahkar,Lövbər salıb o yerlərə,Amma min-min təmiz, naçar,Həsrət qalıb o yerlərə…Su yoluna dönüb Məkkə,Can qalmayıb Mədinədə…Pulları da ətək-ətək,Axıb gedir xəzinəmiz…Bu keçmişdən bizə miras,Babalardan bizə qalıb…Həccə getmək təzə deyil,O vaxtlar da gedərdilər,
Gedərdilər tək-tək, az-az,Mömin, allah adamları…Gedərdilər axşam-səhər…Gedərdilər gündüz-gecə…Pay-piyada gedərdilər,Mədinəyə, Məkkəyəcən,Canlarını üzə-üzə.İndi isə, indi isə,Üç saata yetişirlər,Məhəmmədin hüzuruna…«Boinq»lərdə ötüşürlər,Məst olurlar «Limuzin»dəSür papaqlar tikdirirlər,Uzun saqqal buraxırlar…Videolara çəkdirirlər,Özlərini bu cahillər…İbadət eyləyən yerdə…Bir yol da çəkdirəydilərTicarət eyləyən yerdə…Ömrü boyu kələk iləYaşayan bu fırıldaqlar…Bir Məkkəyə getmək ilə,Guya ki, saf olacaqlar…Keyflərini xoş edirlər,Bu nə iman, bu nə dindi?..Dünən araq nuş edənlər,Abu-zəmzəm vurur indi…Guya bol-bol içirlər ki,Cənnət düşə paylarına…Bir günahsız mələk təki,Qayıdırlar evlərinə…Bunlar hardan göyəriblər,Bunlar necə həccə gedir…Soruşan yox bu həriflər,Hansı pula, xərcə gedir?...Bu nə oyun, nə mərəkə,Bu nə küfr, nə ənənə…Qoyma, qoyma ulu Məkkə,Murdar əllər deyə sənə…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-indi-hami-hecce-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,Tıxanır qulağımız sinirli bir ahəngə,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Qara geyinməAğ incidən xal düzürsən üzünəGöz yaşların yanağına axanda.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,