Millətin ağır günündəA millətin nankor oğlu,Ad gününü keçirirsən yalan, doğru…İllər ilə vətən, millət deyə-deyə,Bərk sinənə döyə-döyə,And içirdin dözərəm hər zülmə mən,Xalq yolunda gedərəm lap ölümə mən…Dar günüdür elin indi,Hələ söylə görüm indi,Bəs nədəndir ayrı dona bürünürsən?Bəs nədəndir xalq öldükcə dirilirsən?Bəs görmürsən bu məmləkət oda girir,Oddan çıxır,Lap az qala öz adımız yaddan çıxıbQara günlü bu milləti bəs görmürsən?Bu cür qanlı fəlakəti bəs görmürsən?Ər oğullar keçir alov, od içindən,Yaşayırıq yüz-yüz itmiş ad içində…Fəryadımız düzdən keçir, dağa çıxır,Hətta bizə yad adamlar arxa çıxır,Dünyanın çox ölkəsindən hayımızaHay verirlər,Ac-yalavac Afrikadan hətta bizəPay verirlər.Belə gündə hansı üzlə, hansı haqla,Ad gününü keçirirsən təm-təraqla?Əsl oğul yaşayacaq adlı, adsız,

Belə yerdə deyirlər ki, adın batsın…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland