Vaxt keçəcək, dövr ötəcək,Qan-qadalı hərb bitəcək,Yağıları qovacağıqBu torpaqdan,Mütləq geri alacağıqKəlbəcəri,Laçınıdı da,Qarabağa bütün yollarAçılacaq.Çəkiləcək ulu İsa bulağındanBulud,duman,Hərb bitəcək, aman onun ağrılarıGöynədəcəkZaman-zaman…

Hamımızı incidəcək, izləyəcək…Övladları həlak olanAnalarsa bu dəhşətəDözməyəcək,Daim elə olacaqlarYalqız, ağdar,Edə, oğul deyə-deyəGözləriniYumacaqlar…Hərb ötəcək…amma onunÜstümüzdənGetməyəcəkKölgələri…Görən necə böyüyəcək illər ilə,Məmləkətin yüzlər ilə, minlər ilə,Yetim-yetimKörpələri…Hərb bitəcək…bunu təkcəAllah bilər,Neyləyəcək sevdiyiniQurban verənSevgililər?!.Qəlblərində həsrət, qubar,Nə vaxtacan qara geyib ağlayacaqNişanlılar?!.Hamısı da nakam-nakam qocalacaqQarıyacaq…Hərb bitəcək… çox-çox qanlıYaralarıSarıyacaq…Tənzif, dərman götürəcəkZaman özü,Hərb bitəcək ağrılarıOdlayacaqSinəmizi…Hərb bitəcək… amma heç vaxtŞəhidlərinKöynəkləriKəsməyəcək…O məzarlar hər gün bizi intiqamaSəsləyəcək,Onlar bizi and verəcək birAllaha…Aldanmasın millət daha…Aldanmayaq ta gözümüz görə-görə,Nə daxili, nə xariciDüşmənlərə…Yetər, bu xalq çox inanıb,Çox allanıb,

Hərb bitəcək... amma onunBitməyəcəkSualları…Vaxt keçəcək, dövr ötəcək,Qan-qadalı hərb bitəcək…İnamım var bizim böyük qələbəninGəlişinə…Onda necə çıxacaqlarÇox xainlərEl içinə…Soruşuram dönə-dönə, təkrar-təkrar,Hansı üzlə onlar, axı,Hansı üzlə çıxacaqlar,Çörəyini bu torpağın?..Soruşuram, təkrar-təkrar, dönə-dönə,Eşidirəm ürəyimin qərarını,Hansı üzlə qayıdacaqÖz kəndinə,Öz kəndini qoyub qaçanFərarilər…Soruşuram, təkrar-təkrar, dönə-dönə,Nə hüquqla, hansı üzlə,Yenə Vətən deyəcəklərBu Vətənə,Vətən satan vətənsizlər?..Soruşuram dönə-dönə, təkrar-təkrar,Hansı üzlə üzümüzə baxacaqlar,Suyumuzdan içəcəklər,Qapımızdan keçəcəklərŞuşa, Ağdam alınandaBakıda öz dükanında,Oğurluq saqqız satanlar,Fındıq, püstə, qoz satanlar,Bığı burma dələduzlar,Alverçilər,Mən onları bizim soydanSaymaramBundan belə…Hərb ötəcək... Bilməm ancaqHansı qəbrə qoyulacaq,Xalq acından saralanda,Topdağıtmaz sarayındanHər gün öpüb əndamını,Göz-qaşını,Öz erməni oynaşını,Yeddi qapı arxasındaYağ içindəSaxlayanlar…Amma üzdə millət deyib

Ağlayanlar…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland