Hərbin əsil faciəli qəhrəmanı analardır…
Ən birinci anaları didir, yeyir müharibə,Ən birinci analara dəyir onun güllələri…Ən birinci anaların belin əyir müharibə,Ən birinci anaların arzusunu kür eyləyir…
Nə zamanki, oğulları cəbhələrə yola düşür,Anaların bircə gündə qara telə ağa çalır…Balaların sinəsini hədəf edən qarı düşmən,Əvvəl, əvvəl anaların ürəyini nişan alır…
Anaların həddən böyük qəmi yoxdur, dərdi yoxdur,Güllə dinsə, ilkin onlar şəhid olub yananlardır…Davalarda kimlər udub, uduzurlar fərqi yoxdur,Davalarda hamıdan çox uduzan analardır…
Bütün qanlı çarpışmalar məhz onları hədəf edir,– Oğul, oğul nalələri sinələrə dağlar qoyur…Eh, nəyinki məğlubiyyət, ən müqəddəs qələbə də,Anaları gözü yaşlı, anaları ağlar qoyur…
Nə edəsən, heyiflər ki, yağını da yaradan var,Canavarın anası da çox istəyir balasını.Lap cəllada süd verən də olub ası, olub naçar,Yəqin o da söyür hərbin ünvanına, qarasına…
Lap Hitleri doğan kəs də, yəqin qanın düşməniymiş,İnanmıram, yer üzündə cəng istəyən ana ola…Dava başsız başçıların fitnəsiymiş, işləriymiş,Davalarda hamıdan çox analardır talan olan…
Ər oğullar döyüş üçün, vuruş üçün doğulsa da,Bu mərdliyin ilk beşiyi, son ünvanı analardır…Davalarda ad çıxaran qəhrəmanlar çox olsa da,Onun əsl faciəli qəhrəmanı analardır…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-herbin-esil-facieli-qehremani-analardir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
دلی دارم ز سودایش پر آتشدلم گرمست و جان گرمست و سر خوش
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Yenə asudə ikən uğradım bir şux zibayəYenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.