Özüm özümə cəbhəyəm
Qəlbimlə eynidir üzüm,Eyni imanda, dindəyəm.Həm Allahımam, həm özüm,Həm öz-özümə bəndəyəm…
Özümdən kiçiyəm hələ,Özümdən üstün özüməm…Əsl rəqibim də elə,Əsl dostum da özüməm…
Əlimdə küllü ixtiyar,Mən öz-özümdə hər şeyəm.Özüm özümə partiya,Özüm özümə cəbhəyəm…
Həm özüm özümə dövlət,Özüm özümə qurğuşam.Əlimdədir hakimiyyət,
Özüm başında durmuşam…
Hökmdaram o dövlətə,O alınmaz polad qalamKimsə durmaz mənimlə tən,Bir qeyri şəxsi saymaram…
Onu qurmuşam güc ilə,Hər şeyin kökü özüməm…Həm seçənəm, həm seçilən,Həm vəzir-vəkil özüməm…
O yoğrulub məhəbbətdən,Özünün himni, gerbi var.O mərkəzdən, o dövlətdənBütün qəlblərə körpü var…
Bəli, onu mən yaratdım,Ordusu şerdir, sözdür…O dövlətin yeri, adı,Ünvanı Cabir Novruzdur…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-ozum-ozume-cebheyem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Oruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
GörmüşəmBu qoca dünyanın yoxdur vəfası,Gah boşalıb, gah da dolan görmüşəm.
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.