Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir,Üzün cahan içində bimislü bibədəldir.
Eşqin əsası, ey can, qabil degil zavala,Neçin ki, mülki-hüsnün mülki-bilaxələldir.
Ey hikmətin rəisi, mə’lulü illəti qoy,Əvvəl bu cövhəri bil kim, məbdəi-iləldir.
Cənnətdə gərçi həqdən balü mey oldu və’də,Lə’lin gərək mana kim, həm meyü həm əsəldir.
Ey badeyi-səqahüm lə’li-ləbin şərabı,Ikrah edən bu meydən içdigi əkşi xəldir.
Mehrin odunda şol kim, pak olmadıvü xalis,Qəlbi qəşidir anın, üzü qara zəğəldir.
Ey səndən ayrı könlüm, vəhşi iki cahanda,Eynin əcəb qəzalə, hüsnün əcəb qəzəldir.
Can ilə həm cahanı tərh etməyən bu yolda,Dünyavü axirətdə bielmü biəməldir.
Sən canü cümlə aləm işbah imiş məsəldə:Cansız bədən dirilməz, gör kim, bu nə məsəldir.
Ənbərfəşan saçınla şol günü bulmuşam ki,Aləmdə adı anın la-ibtida əzəldir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün aləmin Nəsimi qurtuldu kəsrətindən,Vəhdət kimi bəqası bimüddəti-əcəldir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-husnun-tebarekallah-envari-lemyezeldir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
چون بخورم باده شوم مست ازونیست شوم باز شوم هست از او
مرد این ره آن باشد کو به فرق سَر خیزدبا غمش چو بنشیند از دو کَوَن برخیزد
SayasanMərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.