Yeddi “lam” seçmişəm ayeyi-Quran,Biri “əlif”, biri “bey”di, beşi nə?Yeddi kimsənədi məxluqa pənah,Biri Allah, biri Əli, beşi nə?

Könül, qafil olma, axtar, a yazı,Təbib olan dərdə dərman, a yazı.Yeddi mələk aləmlərdə, a yazı,Biri ölüm, biri dirim, beşi nə?

Novrəs İman, nə düşübsən gümana,Özünü qərq etmə dərya, ümmana.Yeddi şeydi vacib olan insana,Biri günah, biri savab, beşi nə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets