Kəman əbrulərin, ox kipriklərinMən olmuşam rovzən-rovzən içində.O qədər ha peykan vurub sinəmə,İtibdir bədənim ahən içində.

Badi-səba getdi könüldən xəbər,Sölər nəşiməni zülfi-müəttər;Əlbəttə ki, bir gün zəvalə gedər,O əfi yatağı məskən içində.

Müsəlsəl geysunun xətadır işi,Sübhün tüluinə bənzər gülüşi,Sədəf dəhanında sərasər dişiDürri-bihəmtadır mədən içində.

Təəccüb eylərəm, Allahü-əkbər!Limu yetiribdir sərvü sənubər;Qorxuram inciyə bəyaz məmələr,Pirahən altında, çəpkən içində.

Bu nə mürüvvətdi, ey şahi-xuban!Əl-ələ tutuşub xürrəmü xəndan,Edəsən qeyr ilə seyri-gülüstan,Xəstə Zakir qala külxən içində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets