Mən bugünkü günəm,Sahabkı – keçmiş...Kim həyat suyunu ədəbi içmişKi, mən də içəm?!Ancaq istəməzdim,Bülbül cəhcəhli,Qaranquş səsli bu dünyadan köçəm.Yolum yaxınlaşdıqda o son mənzilə,Gəlir ürəyimdə arzular dilə:Xəyalım dolanır çölü, çəməni,Məni şair edən doğma vətəni...Torpağın ilahi gözəllikləriMəni məftun edib əzəldən bəri.İlk cücərən otun,Açan yarpağın,Baharda çiçəyə bürünən bağın,Qoynu bəhər dolu ana torpağınBu elin,Obanın köhnə vurğunuNecə gedə bilər tərk edib onu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring