Məhəbbət
İyul... isti bir axşam.Partlayır, yanır ürək...Bürkü –Durmuş havadaBir balıqçı toru tək.Bax,Hər gün mənə həmdəm olan bu otaq,Yad görünür gözümə;Yazmaq üçün mürəkkəb,Qələm baxmır sözümə.Elə bil ki, sinəmdəBoğulub qalmış səsim,Danışmağa, gülməyəYoxdur əsla həvəsim!Böyük, ağır daş kimiSinəmə enmiş başım,Başım ağrıyır, başım!Bu gün mənim yoldaşımTək bu qərib axşamdır!Lakin o da elə bilƏzilmişdir mum kimi,Qabağımda sallamışEnli dodaqlarınıBir qara meymun kimi!Bu gün gəlmir evimdən uşaqların xoş səsi,Bu gün gəzmir üzümdə Etibarın nəfəsi!Bu gün yoxdur qadınım, –Bu gün yoxdur sevgilim,Elə bil sınmış belim!Gah çıxıram eyvana,Gah girirəm içəri,Gah taybatay açıramPəncərələri, yenəKömək etməyir mənə;Başım ağrıyır, başım!Bəlkə yorğunam deyə,Toplayaraq huşumu gedirəm düşüncəyə– Nə etdim?Nə yazdım mən?Bu gün uzaq düşmüşəmSevgilimdən, qələmdən!..Elə bu vaxt, bu zamanQapı zəngi çalındıGəldi əziz sevgilim.Üzü gülər, mehriban.Gözümə işıq verdiGözlərinin işığı;Qoluma qüvvət verdiHər sözü, danışığı.Gəzdi qara saçımda,Kiçik, sərin əlləri;Elə bil gəldi canaÜrəyimin telləri.Sevincimi od edib,mən od vurdum hər qəmə;Sarılaraq qələmə!Bürkü –Bir anda parçalandı;Ətalət qorxusundanAlışıb, həmən yandı!..Nə yamanmış insan olubİnsanlarla olmamaq!Nə yamanmış şair olubElə qələm almamaq!Yaşa insan nəfəsi!
Yaşa insan qüvvəti!Yaşa mənim ilhamım –Ey insan məhəbbəti!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-mehebbet
Use ← → keys to move, R for a random poem
More by this author
Bir tabut üstündə dedi bir çiçək:– Dünyada olmaya
Səhər də, axşam da işlədi bağbanSəhər də, axşam da işlədi bağban,Verdi çiçəklərə diləklərini.
Atılıb yol üstdə qalan bir daşaAtılıb yol üstdə qalan bir daşa,Canlı həyat verdi bir usta əli.
Doğrunun üstünə qışqırdı oğruDoğrunun üstünə qışqırdı oğru:– Bəs hanı həqiqət, böyük həqiqət?!
Poems by other poets
I**Sən ey əziz Qaraçorlu,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə