Hünərin var, bala böyüt
Hünərin var, bala böyüt,Dərd-sərini vecə alma.Hünərin var, bala böyüt,O böyüsün, sən qocalma.
Bu dəcəllər böyüdükcəŞöhrətimiz ucalacaq.Onlar görən ağ günlərdənBizə ağ saçlar qalacaq.
Dəcəl olur, şirin olur,Gözəl olur, axmaq olur,Nə sözündən çıxmaq olur,Nə sözünə baxmaq olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-hunerin-var-bala-boyut
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Arizin görmək ilə tərk-i dil ü can etdim
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi