Amandı, Allah, amandı,gözümdə bəbəyim yandı.Sən bir qabda odsan, susandur get şeytan qurğususan,var get, a şeytan balası.

Demir yazıqdı, insandı.Dilin şəkər, dilin ağı,Gözlərin mənə göz dağı,adam yoldan çıxartmağıtərgit, a şeytan balası.

Əylənirsən nə zamandı.Sən yandırdın imanımı.Ya üz tamam gümanımı,ya da gəl al bu canımıərk et, a şeytan balası.

Hər vədənin ömrü – andı.Hər an sən girdin bir dona,Buz olursan yana-yana,insan dözə bilməz bunadərk et, a şeytan balası.

Köynəyin oddu, ya qandıSinənin iki mələridartınırlar üzü bəri,qıracaqlar düymələribərkit, a şeytan balası.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets