Söz verib, gəlmədin dediyin anda,Gözlərim yolunda qaldı, sevgilim!Bir qərar tutmadım sənsiz heç yanda,Qəm-qüssə üstümü aldı, sevgilim!

Tanış addım səsi verdi ilk nişanQəlbin arzusundan – şirin vüsaldan;Könlüm intizardan çıxdığı zamanAzad quştək qanad çaldı, sevgilim!

Sardı varlığımı min bir düşüncə:Sənsiz günüm keçmiş əvvəllər necə?!Ömrün o çağları getmişdir heçə,Demə bir nişanə qaldı, sevgilim!

Gözlərin gözümə bir yol baxdımı,Orda oxuyaram mən öz baxtımı,Mənim şit sözlərim səni sıxdımı?Hər sözümüz qeylü-qaldı, sevgilim!

Xəyalınla keçir günlərim müdam,Lakin rastlaşanda hər səhər-axşam,Sözlərim qəhətə çəkilir tamam,Bilmirəm bu necə haldı, sevgilim?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets