Həyatım, gəl
Ürəkdə nisgil yatar,Gözdə həsrət ifadəsi.Söz canda yüz il yatar,Uzaq düşsə yarın səsi.
NəqarətMin gülə şeh düzərəm,Dağ çəni ahım olsa.Hər cəfaya dözərəm,Yar düzdə ahum olsa.
Qəlb göynəyər, göz dolar,Mənim sevgi qanadım, gəl.Ümidsiz aşiq solar,Ümidim gəl, həyatım gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-heyatim-gel
Use ← → keys to move, R for a random poem