Əziz dostum, bir ilqarın ucundan,Başı-candan, külli vardan keçən var.Doğru sözün, etibarın ucundan,Bağçadan, bağlardan, bardan keçən var.

Fələk çəkən sinəmdəki dağlardan,Xəbərin yox mənim kimi ağlardan,Qanlı gədiklərdən, qəmli dağlardan,Daşqın seldən, dəryalardan keçən var.

Uca dağ başında qarı saxlayar,İgid namus, qeyrət, arı saxlayar,Tərlan itib, səyyad sarı saxlayar,Dərdi artıb sədd-hasardan keçən var.

Vurursan sən məni möhnət daşıynan,Üzümə xətt düşüb didəm yaşıynan,Alışıb yanan var eşq ataşıynan,Pərvanətək balü pərdən keçən var.

Bu dərd qalsa qiyamətə sinəmdə,Sərf eylərəm sata-sata sinəmdə,Bax həsrətə, bu heyrata sinəmdə,Qurban, qorxma günahlardan keçən var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets