Gözəllər sərbəstə seyrangahdadı,Ərz etdim: Mələklər şahıdı Mələk.Cansitanım inkar etməz sözümü –Bu çeşmə başıdı, şahidi, Mələk.

Aludəni qəlbi para eyləmə,Kim sövq eylər - dərdə çarə eyləmə?!Kuhkan mənəm, günü qara eyləmə,Desinlər, şəbistan mahıdı, Mələk.

Vəfasızsan, imdadıma çatmasan,Xabi-əcəldəyəm, sən oyatmasan.Tənha qalıb, sübh-sadiqə yatmasan,Bişəkki, Alının ahıdı, Mələk.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets