Dürüst olmamış
Kamil ovçu durub ov bərəsində,Atmaz xədəngini dürüst olmamış.Sərraf olan seçər ləli, gövhəri,Arayıb dəstində dürr üst olmamış.
Əgər qəvvas isən, axtar adamı,Göydən yerə neysan yağar, a damı.Dürüst adam gəzər dürüst adamı.Nadürüst axtarar dürüst olmamış.
Əsəd bəhri-mühit çaylar toxuna,Qayıq üzə, ləpə gələ toxuna.Cürbə istər gölə, şirə toxuna,Elmi cəm eyləyib dürüst olmamış.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-esed-durust-olmamis
Use ← → keys to move, R for a random poem