Hasına
Eşq əlindən cavan ömrüm solubdu,İndən sonra heyifinim hasına.Ömür başa yetib, dil təng olubdu,Bu dərdimdən dərman olar hasına?
Mərd igidlər el içində qaladı,Eşq atəşin, bu sinəmdə qaladı,İgid ölsə bu dünyada qal adı,Xoşbəxt odu qismət ola hasına.
Tale bərk yüklüdü, çatmır aza dam,Şükürlər olsun ki, qəmdən azadam.Dostluğa möhkəmdir Əsəd, az adam,Tamahkırı ha yoxlaşdır, ha sına.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-esed-hasina
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,Səd heyf, keçən gün!
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənəBəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.