Aşıq Heydər:Nə ucadı, nə alçaqdı,Bu məqamlar kimdədi?Gözəl işlər, gözəl peşə,Böyük namlar kimdədi?Pul oduna ömür verənNə qazanar dünyada?Haqq ataşı, üzün nuru,Dolu camlar kimdədi?

Yetim Ləvənd:Mərd ucadı, namərd alçaq,Uca məqam mərddədi,Gözəl işlər, gözlə peşə,Böyük namlar mərddədi,Pul oduna yanan kəslərFaniliyi qazanar,Haqq ataşı, üzün nuru,Dolu camlar mərddədi.

Aşıq Heydər:Varü-dövlət, qızıl-gümüş,Ləlü-göhhər nə şeydi?Nədi söylə kişi işiBu dünyada nə yeydi?Qara saçı nə ağartdı,Əlif qəddi nə əydi?Ağır məclis, şirin söhbət,Qara damlar kimdədi?

Yetim Ləvənd:Varü-dövlət, qızıl-gümüşAqillərə nə şeydi,Kişi işi səxavətdi,Eylik eləmək yeydi,Qara saçı, əlif qəddiQoca fələk tez əydi;Ağır məclis, şirin söşbət,Qara damlar mərddədi!

Aşıq Heydər:Mərd dediyin necə kəsdi,İşi-gücü yoxdumu?El içində yeri-yurdu,Varı-yoxu çoxdumu?Mala-pula meyl eləmirHarda qurub taxtını?Aşıq Heydər sual eylərŞirin dəmlər kimdədi?

Yetim Ləvənd:Mərd deyilən haqq elçisi,Yaxşı bilir işini!Əzəl başdan heç buraxmırYaxşılığın peşini;El içində məclis qurar.Mərdə verər aşını;Yetim Ləvənd doğru söylərŞirin dəmlər mərddədi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets