Nədi
Boy-buxun, sir-sifət, cavanlıq səndə,Bulud tək tutulub dolmağın nədi?Dərd-sərini söylə, bir biz də bilək,Heyva tək saralıb solmağın nədi?
Qaradan qaradı o baxt dediyin,Əlbət ki, varlıdı xoşbəxt dediyin.Yerini alarmı hər vaxt dediyin,Dərdi sinən üstə almağın nədi?
Aşıq Heydər deyər, bir az tab elə,Aç sinədəftərin, bir kitab elə.Səxalı bəylərə bir xitab elə,Baxtın qarasında olmağın nədi?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-nedi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gecə
Gəlibən getməkdən üzüldü halım,İstərəm bu yerdə qalım bu gecə.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,