Məndədi
Bir qız ilə bir gəlinin bəhsi var,Gəlin deyər, bu gün meydan məndədi.Qız da deyər, açılmamış qönçəyəm,Fəsli bahar, baği reyhan məndədi.
Gəlin deyər, ördəyim var, qazım var,Şirin-şirin söhbətim var, sazım var,Sallananda yüz qız qədər nazım var,Həya, iman, ədəb, ərkan məndədi.
Qız deyər, mən oxşamışam anama,Ləlü mərcan düzülübdü tanama,Əl vursalar tağdan qopar şamama,Əl dəyməmiş taği bostan məndədi.
Gəlin deyər, gəl, qız, düşmə araya,Gər mən ölsəm, aləm batar qaraya,Bəzənərəm, sallam səni bəlaya,Şövq salan, camalü can məndədi.
Valeh deyər ikinizə mən qurban,Yolunuzda mən qoymuşam başla can,Əyləməyin bu qəribi bağrı qan,Sizdən ötrü çeşmi giryan məndədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-mendedi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Düşərmi?Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?