Qasım bəy, eşitdim yaxın olubsanXan qızına, axır nədir bu rəftar?Edibsən xubları yüz yol imtahan,Eylərsən onlara yenə etibar?

Yeyib otağında şamü nəharın,Kəsdiribsən yasdığının kənarın,Eşidirsən şirin-şirin göftarın,Kişi, sənin, vallah, əcəb işin var!

Dediyin qafiyə ona xoş gəlib,Qaçan bəxtin indi sənə tuş gəlib,Sövdalı başına təzə huş gəlib,Təəccüb eylərəm büsyar, büsyar!

Səni pərivəşlər salıb bu halə,Döndəriblər əlif qəddini dalə;Çəkərdin onlardan həmişə nalə,Nədir yenə dildə əzbər olub yarlı?!

Xan qızı məhvəşdir, bir el, aləm,Məhvəşlər atəşdir, bizik əqli kəm;Yüz il xidmət edə oda bir adəm,Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadan isrətəm versin müradın,Yamanlığa hərgiz çəkmərəm adın.Yolunda zəhmətin, rənci-ziyadın,Mən çəkdim, o etdi məni şərmsar.

Özgə cəfalarım dursun kənarə,Nə lazım hər birin salmaq şümarə,Xeyr işinə onun mən o diyarə,Şadü xürrəm getdim, qayıtdım bəs xar.

O qafiyən mənə çox etdi əsər,Qalmadı könlümdə ondan bir kədər.Növcavandır, təkdir, iyzədi-davər,Eyləsin ömründən onu kamgar.

Rəvadırmı çəkə biəsurdü bixab...Bəstəri-möhnətdə bu qədər əzab?!Duayi-xeyrinə eyliyin şitab,Siz də mənim kimi hər leylü nahar.

Belə pəriruyun, heç səni tarı,Rəvadırmı qəmdən sola üzarı?Həm xələfdən xal ola kənarı?Olsun ona mövlam yavərü qəmxar?

Mənim də var gərçi bir az günahım,Sən get hüzuruna ol üzrxahım,Söylə ki, ey şahım, ey qibləgahım,İncimə, gər etdim şikayət izhar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets