Avamın nöqsan axtarması
Eşitdinmi, bir kişi öz oğlu ilə bahəm,Eşşəyinə minərək gedirdi yolu biğəm.Hər kim onu görürdü, edirdi çoxlu töhmət,Rişxənd ilə gülurdu, tənəsə binəhayət,Utanmayır yaşından,--deyirdi--bir buna bax,Özü minib eşşəyə, piyada gedir uşaq.Kişi xəcalət çəkib öz-özünə deyindi,Tez oğluna söylədi: «Min eşşəyə sən indi».Töhmətlə söylədilər görüncə başqaları:«Qoca gedir piyada, cavan isə süvari».Tez atıldı kişi də yenə eşşəyə mindi,Başqa biri onları belə görüncə dindi:Dedi--«Bəh, yazıq eşşək necə gətirsin davam,Zülmdür bir eşşəyə minərsə iki adam».Hər ikisi düşdülər, piyada yol getdilər.Yenə görənlər gülüb çox istehza etdilər.«Nə axmaqdır,--dedilər--bu kişi, bir buna bax,Eşşək boş qala-qala piyada gedir uşaq».Kişi gördü qalmamış əldə başqa imkanı,Buraxdı eşşəyini, təki qurtarsın canı.Yenə xalq əl çəkmədi, başladılar töhmətə,Dedilər: «Bir baxınız axmaq bifərasətə.Bu cür gözəl eşşəyi müftə verirlər bada,Nə qəribə axmaqlar var imiş bu dünyada».Qoca nə eylədisə lağ etdilər hey ona,Axırda təngə gəlib söylədi öz oğluna:«Bu eşşək əcəb bizi qalmaqala salıbdır,Töhmətdən qurtarmağa bircə çarə qalıbdır.Eşşəyin qol-qıçını möhkəmcə bağlayaraq,Mindirib dalımıza gülə-gülə aparaq.Gəl mənfəət güdmədən edək bunu imtahan,Xalqın acı dilindən qurtaraydıq bəlkə can».Ey Qüdsi, sən ibrət al bu kişidən ayıq ol,Xalqın tənələrindən qurtarmaqçın sayıq ol.Onlar, nə etsən, yenə tapacaqlar bəhanə,Edəcəklər səni bil oxlarına nişanə.Qulaq assan tənəyə, ya da yersiz mədhə sən,Elə bil ki, dalına bir eşşək mindirmisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-avamin-noqsan-axtarmasi
Use ← → keys to move, R for a random poem
More by this author
Gül belə rəxşan ola bilməz yəqin,Ay belə xəndan ola bilməz yəqin,
Xəyalın uçuşuÇox gəzmişəm mən səyahət edərək,Rusiyyədən--Lehistana gedərək,
Firəng məclisiZiyafətdə bir gecə oturmuşdu bir cavan,Eşqin məngənəsində gördüm onu xəstəcan.
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyilAh ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,
Poems by other poets
Şükür dərgahına qadir Allahın,Məhəmməd dinini bəyan eylədi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Aşıq Valehin Qənbərə cavabı(birinci cavabı)Sən tək təbibin gözləri azarə düşərmi,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm