Həyata qayıtmışam
Bu səhərhəkim baxıb yaramamənə göz vurub gülümsədi,sonra şəfqət bacısına:– Olar, – dedi.Həkim çıxdı otaqdan,maraqla baxdım arxasınca.Görəsən nədir bu “olar” kəlməsi.Sonra yadıma düşdühəkimin mənə baxıb gülməsi.Təlaşım azalsa da,Marağım azalmadı.Axı gülməkləbu “olar” kəlməsinin sirriaçılmadı.Gözüm qapıda qaldı,deyə bilmirəm necə.İntizar üzdü məni,sarğı dəyişən qızotağa gəlincə.Qız da baxıb üzümə gülümsədi:– Qalxın gedək.Mən də gülümsədim.Ürəyimdən keçdi ki,“nə araba var, nə də xərək,axı necə gedək...”Qız baxıb gözlərimə– Olar, – dedi.Daha hər şey aydındır indi,qalxdım yataqdan.Fəqət ağır-ağır,qorxa-qorxa.Baxdım ləngər vuranqapıya, pəncərəyə, otağa.Gözlərim qaraldı yaman.Şəfqət bacısı tutub qolumdangətirdi pəncərə qabağına.Baxdım çinarın payız günəşi altındaqızaran yarpağına.Sevincdən qabardı sinəm,demək yenidən qayıtdım həyata.Küçədə ikibir, üçbir keçənadamları gördüm,qəribə gəldi mənə.Hər şey iki həftə qabaqgördüyüm kimiydi yenə...Adamlar, kimi laqeyd,kimi fikirli,kimi qayğılı idi.Kədərləndim yaman,demək bir gün ayrıldın həyatdanunudurlar səni.Bu fikirlər sıxdı məni...Elə bu zamanÇinar altında duraniki məktəbli əl etdi mənə.Sonra iki nəfər də gəldi...Sonra da bir nəfər...Gülə-gülə mənə əl etdilər.Mən də əllərimi yellədib havada:– Bəli... Mənəm... MənOlar...Olar...Deyib güldüm...– Daha qalxdım yataqdan, dostlar,həyata yenidən gəldim...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-heyata-qayitmisam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Ey Pəri, dəhrdə yox sən kimi bir cananəEy Pəri, dəhrdə yox sən kimi bir cananə,Tən edir mehri-rüxün göydə məhi-tabanə,
ای بیخبران شکل مجازی هیچ استاحوال فلک بدین درازی هیچ است