Fırlanır karusel bir təkər kimi.Daima fırlanan, dönən yer kimi.Fırlanır uşaqlar dəstəbədəstə.Kimi "at" belində, kimi "fil" üstdə.

Karusel fırlanır... Ötür xoş anlar.Uşaqlar əl çalır şadlıqlarından.Uşaqlar zənn edir, dayanıb onlar,Ancaq başlarına dolanır cahan.

Sevinin, uşaqlar, gülün, əylənin.Karusel dolanır,Dəyişir zaman.Hələlik cahanın başına siz yox,Sizin başımıza dolanır cahan.

Sevinin, uşaqlar, ömür gödəkdir,Həyat tumarlayır, oxşayır sizi.Hələlik dünya da götürəcəkdirSizin nazınızı, şıltağınızı.

Karusel fırlanır... Bir dəstə dumaSanki dövrə vurub səfə düzülür.Atalar, analar uşaqlarınınBaxıb sevincinə sevinir, gülür.

Bütün bu şənlikdən uzaqda ancaqBarmağı ağzında durub bir uşaq.

Uşaqlar fırlanır... baxır onlaraO gülür... Onun da dəyişir halı.Uzaqdan baxdıqca fırlananlaraFırlanır onun da fikri, xəyalı.O da xoşhallanır, həzz alır gendən.Duyur fırlanmağın xoş olduğunu,Uşaq meydançaya tək gəldiyindənYoxdur karuselə mindirən onu.

Ancaq o xoşbəxtdir...O qəlbə mən dəHeyranam...Ey könül,düşün, düşün sən.O, həzz ala bilir özgəsinin dəHəzzindən, zövqündən, səadətindən!...

İyul, 1965, Qusar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets