Əbədi bir od kimi öz içindən közəribHey yanır şeirim mənim.Bu günümdən sabahaboylanır şeirim mənim.Gəzib dildə, dodaqda,Uçur, uçur həmişə özümdən də qabaqda.İdrakımın gözləri,Əqidəmin ən təmiz, ən mənalı sözləri,Duyan ürəyi şeirim,Bütün diləklərimin ən saf diləyi şeirim.Sən ayın, ulduzların nurundan yoğrulmusan,Batan gecələrimin açılan səhərlərəsalamı sən olmusan.İstərəm sətirlərin bu günümdən səs alanəks-sədaya dönsün.Əsrimizin nəbzi də ahəngində döyünsün.İstəmirəm ki, şeirim nərmənazik qızlarınsaçında ətir olsun.İstərəm gün altında pambıq yığan qızlarınbaşında çətir olsun.Can vermə hər ötərgi dərd-qəmə, şeirim mənim,Əzmə-büzmə gözələ bənzəmə, şeirim mənim.Sən atəş ol, sən od ol,yandır da sən, yax da sən.İldırım ol, çax da sən.Göstər öz işığında bu dünyaya özünü,Bir an yumma gözünü,Həm gör sən, həm də göstər!Fərəhləri fərəhdə, qəmi də qəmdə göstər.Demirəm ki, zərrəni geniş kürrədə göstər.Qüdrətin varsa sənin,Sən bu boyda kürrəni kiçik zərrədə göstər.Sən düşün dərin-dərin, düşündür dərin-dərin,Vətənini, elini danan tüfeylilərinVətənçin yox,manatçın yanan tüfeylilərinyumruğa dön başında.Keşikçi ol bu yurdun torpağında, daşında.Vüqarı ol, əzmi ol əyilməyən başların,Qəlbində mərmiyə dön əsl vətəndaşların.Sonsuz düşüncələrim,Bu dünyaya sualım,Hər istəyim, xəyalım,Eşqim, həsrətim mənim,İlk məhəbbətim mənim,Hədsiz şadlığım mənim,Bu dünyada əbədi narahatlığım mənim.Sənə qurban verməyə bir ömür çox azdır, az.

Yalnız bircə günümün sonsuz həyəcanmıNəğməyə çevirməyə on ömür də çatışmaz.Mən səninçin,Anamsa mənimçin yandı, şeirim."Balamın rahatlığı yoxdur" - deyə o mənisənə qısqandı, şeirim.Ancaq o bilmədi ki, mən anamdan doğuldum,Sənsə mənim qəlbimdə balamtək bəslədiyimDuyğulardan doğuldun.Məni anamdan alıb Vətənimə, xalqımaOğul edən sən oldun!

Noyabr 1964

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland