Mənim anam
Savadsızdır,Adını da yaza bilmirMənim anam...Ancaq mənə,Say öyrədib,Ay öyrədib,İl öyrədib;Ən vacibi:Dil öyrədibMənim anam...Bu dil ilə tanımışamHəm sevinci,Həm də qəmi...Bu dil ilə yaratmışamHər şeirimi,Hər nəğməmi.Yox, mən heçəm,Mən yalanam,Kitab-kitab sözləriminMüəllifi - mənim anam!..
Yanvar, 1968
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-menim-anam
Use ← → keys to move, R for a random poem