Oğrular
Yusif, milis dostum, od kimisən sən,Oğrunun, əyrinin qənimisən sən.Ancaq...Cürbəcürdür, axı, oğrular,Anbar oğrusunu tutmağa nə var?..
Düşüb arxasınca bir tüfeylinin,İzlər axtarmısan, izlər gəzmisən.Kiçik oğrulardır hədəfin sənin,Böyük oğrulardan xəbərsizmisən?Gözlər önündədir dükan, ya anbar,Artığı, əskiyi bilinir asan.Əlhəzar,əlhəzar,dostum, əlhəzar,Vicdan oğrusundan, qəlb oğrusundan...Onlar aça bilir düz ürəkləri,Ancaq...Qıfıllıdır öz ürəkləri...
Haqqa qılınc çəkib vicdana qıydı,Onlar üzümüzə baxdılar dik-dik;Ya səndə, ya məndə qüdrət olaydı,Onların içini aça biləydik.Vəzifə sahibi bir imza üçünBizi süründürür on gün, iyirmi gün...Taleyin asılıb tək bircə qoldan -Sən bir imzadakı gücə bax, gücə,Bir də görürsən ki, dağ boyda insanBir cırtdan önündə cücədir, cücə.Ömür parçalanıb doğranır min-min,
Səpilir yollara get-gəl içində.Gəlməzdi bu vaxta bir tikə heyfim,Əgər ərisəydi əməl içində... Haray!Az ömürdən vaxt oğurlanır,İnam oğurlanır, Əsəb korlanır...Bilmirəm, sən mənə başa sal bunu,Bu hansı zamandır, bu hansı çağdır.-Əsəb oğrusunu, qəlb oğrusunu,Sevinc oğrusunu kim tutacaqdır?Bir daş sifətlinin, bir sərt cavabıUman ürəklərdə iz açır dərin.Bəs niyə sorulmur haqqı, hesabıÜrəkdə açılan bu şırımların?..Çoxalır şırımlar, artır şırımlar,Dönüb infarkt olur ürək də bir gün.Bir həlqəyə dönüb axır şırımlar,İri nöqtə qoyur sonuna ömrün.Sonra deyirlər ki, indi adamlarÖlür birdən-birə dağ uçan kimi.Məgər ürəyinə düşən şırımlarOnu yavaş-yavaş öldürmürdümü?Bəs onun ömrünü kim oğurladı?Bəs niyə dəyişir oğrunun adı?..Malı ucuz alıb, baha satanlarDəllaldır,Onları cilovlayaq biz.Zəhmətsiz, mayasız qazanan da var,De görək onlara nə ad qoyaq biz?..
Dəllalmı? Yox!Bu ad yaraşmır ona,Onun bir adı var: "mədəni" oğru.Talayır adamı göz baxa-baxaBu yeni cibkəsən, bu yeni oğru...
Haqqı tapdasa da,Söylə, bir nədənGüclünü çox yerdə doğru sayırlar?Əlini uzadıb uzaq qitədən,Gücsüzün varıtıı oğurlayırlar.
Belə dəllallara deyən yoxmu bir:Hərrac malımıdır namusun, arın? ...Bəs kökü nə zaman kəsiləcəkdirBu gizli, mənəvi oğurluqların?
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-ogrular
Use ← → keys to move, R for a random poem
More by this author
Ayrı cür yaşadıq biz ömrümüzü,Adamlar korlanır, vallah, günbəgün.
Babam, atam, mən"Apollon-8" gəmisi ilə kosmik səyahətim məni bir daha inandırdı ki, biz hamımız balaca bir planetdə yaşayırıq*F.Borman*
DanyeriSon zamanlar ABŞ-da "Başqa cür düşünənlər"in adı "qara siyahıya" düşür. Bu siyahıya düşənlərdən biri də məşhur fizik, "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir.*(qəzetlərdən)*
Şairləri öldürürlərMüstəbidlər başa düşmür şairləri. O zaman ki başa düşür, fərman verir ölümünə*A. Voznesenski*
Poems by other poets
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Əl dəydi, çaxmaq daşıyamDostum Ağayara*Təklikdə çaylaq daşıyam,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür