Babam, atam, mən
"Apollon-8" gəmisi ilə kosmik səyahətim məni bir daha inandırdı ki, biz hamımız balaca bir planetdə yaşayırıqF.Borman
Babam həyatında yalnız bir kərəFaytonla Şəkidən Ağdaşa getmiş.O baxıb uzanan dar gədiklərə,təəccüb etmiş.-Bu yerlər hamısı padşahındır?Deyə, faytonçudan o xəbər almış.Bəlkə də, dünyayao miskin, fağırBabamın verdiyi bu, ilk sualmış.Bir dünya bilirdi Şəkini babam,bu yaşa qədər.Onun gözlərində dünya bu gündənBöyüdü, uzandı Ağdaşa qədər.
Səksən verst dağ yolu! Zarafat deyil.Ən uzun, ən böyük yoldu babamçın.Şəkidən Ağdaşa uzanan bu yol,Böyüklük ölçüsü oldu babamçın.
Atamın qəribə adəti vardı:Məni qollarında atıb-tutardı.Həm də soruşardı: - De, görək məni,Nə boyda sevirsən?Deyərdim: - SəniLap bu dünya boyda istəyirəm mən.Sevgimin böyüklük dərəcəsindənAtam xoşlanardı.O, uzun-uzunBu sözə gülərdi...
Axı, atamçünDünya, böyüklüyün son ölçüsüydü,Atamın dünyası, dünya özüydü.
Mənimçün?(Qorxuram xəyalım aza).Kosmosdan baxıram mən dünyamıza.Deyirəm: - Nə qədər kiçikmiş cahan.Axı, mənim dünyam, çıxıb dünyadan.
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-babam-atam-men
Use ← → keys to move, R for a random poem