Gözəl bir qız heykəli,Çənəsində sağ əli,Düşünür incə-incə;Daş üstündə düşüncə?!Onun sol yanağındaGöz yaşı gilələnmiş.Elə bil şeh çilənmişÜstünü ağ çiçəyin.Bu günahsız mələyinKədərini, qəmini,Öz gizli aləminiSoyuq daşa həkk edənSənətə heyranam mən.Mərmər ağdır, qəm qara,Ağ rəng hara, qəm hara?Çöküb bir axşam kimiDalğın baxışlara qəm,Ağ daşın sinəsindənBaş qaldırıb qara qəm.Daş üstündə duyğu, can?!İnsan duyğularındanGör bir nələr yaranmış,Möcüzələr yaranmış!Can vermiş insan əliXarabazar dünyanınTorpağına, daşına;Bu heykəldə qəlb oduSoyuq daşı çevirmişİsticə göz yaşına.

Daşda ürək döyünür,Baxıram dönə-dönə,Barmağımı qoyuramGöz yaşını üstünə.Əlim yanır elə bil.Yox, yox, bu heykəl deyil,Ağlayan bir pəridir,Qulağımda səslənənOnun nalələridir.Əyri-əyri o baxırUsandığı cahana...Sənət verən bir canaÖlüm yoxdur, o sağdır!Nə qədər ki, insanınArzuları gülməmişO qız ağlayacaqdır!..

Fevral, 1961, Roma

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets