Sənə söz çələngi hörürəm, ustad,Qəlbimə silinməz adın yazılıb.Səni öz evimdə görürəm, ustad,Başımın üstündə şəklin asılıb.

İllərlə səsini dinləməsəm də,Gözlərin ən yaxın həmsöhbətimdir.Mən sənə yaraşan söz deməsəm də.Qəbul et, ruhuna məhəbbətimdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets